Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyada 50 mindən çox insan koronavirusun qurbanı oldu

Braziliyada 50 mindən çox insan koronavirusun qurbanı oldu

Tarix: 22 Iyun 2020 07:32

Bakı. Trend:

Braziliyada koronavirus ilə yoluxma səbəbindən ölənlərin sayı 50 mini keçib.

Trend-in məlumatına görə, bu barədə rəsmi statistikada bildirilib.

Məlumata əsasən, son sutka ərzində 641 ölüm halı qeydə alınıb, onların ümumi sayı 50,617-ə çatıb, təsdiqlənmiş yoluxma halların sayı 17 495 nəfər artaraq 1085 038-ə çatıb.

549 386 nəfərin sağaldığı bildirilir. İyunun 19-da ölkədə koronavirusa yoluxma hallarının sayı 1 milyonu ötüb, eyni zamanda sutka ərzində aşkar olunan halların sayına görə anti-rekord qeydə alınıb - 54,771.


Etiketlər:  Braziliyada mindən çox insan koronavirusun qurbanı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ