Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ-dən kapitana fantastik təklif - ''Barsa'' geri çəkilir

PSJ-dən kapitana fantastik təklif - ''Barsa'' geri çəkilir

Tarix: 14 Iyun 2019 11:00

"Ayaks"ın kapitanı Matteys de Liqtin "Barselona"ya keçidi alınmaya bilər.

Qol.az-ın "sport.es" nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb 19 yaşlı futbolçunun xədmətində PSJ və "Yuventus"un da maraqlı olmasıdır. Maliyyə şərtlərində rəqiblərinə uduzan Kataloniya klubunun Amsterdam təmsilçisinin kapitanını almaqdan imtina edə biləcəyi deyilir. "Barsa" gənc futbolçuya illik 6 milyon təklif etdiyi halda "Yuventus"da bu rəqəm 10, PSJ-də isə 12 milyondur. Belədə hollandiyalı müdafiəçinin La Liqa klubuna gedişi inandırıcı görünmür.

Qeyd edək ki, bir neçə gün öncə de Liqtdin 75 milyon avro qarşılığında PSJ-yə keçməyə yaxın olduğu bildirilmişdi.

 


Etiketlər:  dən kapitana fantastik təklif Barsa geri çəkilir


RƏYLƏR