Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyanı biabır edən vərdişi: Təcrübəsi bunları yadda saxlamağa imkan vermir

Paşinyanı biabır edən vərdişi: Təcrübəsi bunları yadda saxlamağa imkan vermir

Tarix: 22 Iyun 2020 16:18

"Görünür, Münhen Təhlükəsizlik konfransında, sonra Valday görüşündə, Aşqabadda MDB dövlət başçılarının sammitində aralarındakı debatlar zamanı Prezident İlham Əliyevin Nikol Paşinyanı ifşa etməsi, ona sərt ifadələr səsləndirməsi və onu rüsvay etməsi Paşinyan üçün dərs olmadı".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Fikrət Sadıxov iyunun 18-də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransı zamanı Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə ifşa edərək aciz və gülünc duruma saldığı olayı şərh edərkən deyib. 

O, Paşinyanın bundan öncə də bir neçə dəfə Prezident İlham Əliyev tərəfindən dünyanın gözü qarşısında rüsvay edilməsinə baxmayaraq nəticə çıxarmadığını bildirib:

"Görünür, o, nəticə çıxarmayıb və eyni sözləri, eyni çeynənilmiş ifadələri görüşdən-görüşə təkrar edir. Faktiki olaraq yenə Ramil Səfərov məsələsinə qayıdıb və yenidən tamamilə əsassız bir bəyanatlar verib. Dövlət başçımız Parisin Orli hava limanında terror hadisəsi törədən, türk diplomatlarını öldürən Varujan Karapetyanın Ermənistana ekstradisiyasını və əfv edilməsini xatırlatması Paşinyanı növbəti dəfə beynəlxalq ictimaiyyət qarşısında çıxılmaz vəziyyətə saldı. Ondan başqa, gəlin elə Xocalı hadisələrini götürək. Azərbaycan qadınları, uşaqları, yaşlıları Xocalıda vəhşi erməni terroruna məruz qaldılar. Sonra, o illərdə Azərbaycan helikopterlərinin vurulması, avtobuslarda, qatarlarda törədilən terror aktları, Sumqayıt hadisələrini erməni terroruna ən bariz nümunə kimi göstərə bilərik".

Politoloq bildirib ki, Paşinyana bütün bunları yadda saxlamağa təcrübəsi imkan vermir:

"Sumqayıt hadisələrində dəstə rəhbəri Eduard Qriqoryan Sumqayıtda törədilən aktlara görə məhkəmə prosesindən sonra İrəvana ekstradisiya olundu. Ermənistan hakimiyyəti də onu tam əfv etdi. Bunları ya Paşinyan yaddan çıxarıb, ya da sadəcə olaraq təcrübəsi bunları yadda saxlamağa imkan vermir. Görünür, Dövlət başçımız vaxtaşırı ona bu faktları xatırlatmalıdır ki, bu reallıqlar Paşinyanın beynində əbədi olaraq həkk olunsun".

Təhməz Təkin


Etiketlər:  Paşinyanı biabır edən vərdişi Təcrübəsi bunları yadda saxlamağa imkan vermir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ