Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2020 21:04
Bakı. Trend:
Portuqaliyanın cənubundakı Laquş şəhərində əyləncə tədbirində iştirak edən 90 nəfər koronavirusa yoluxub.
Trend-in məlumatına görə, tədbir iyunun 7-də baş tutub və burada yalnız 7 nəfərin iştirakı planlaşdırılıb. Lakin tədbirə 100-dən çox qonaq gəlib. Bununla əlaqədar klub rəhbərliyi polis çağırmalı olub. Bir müddət sonra orada iştirak edən 90 nəfərdə koronavirus aşkar edilib.
Qeyd edək ki, Portuqaliyada 20-dən çox şəxsin bir yerə toplaşması qadağandır. Bu günədək ölkədə 39 mindən çox yoluxma qeydə alınıb, 1 530 nəfər ölüb.