Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2020 00:52
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinin qəbulu üçün istifadə edilən tibb müəssisələrinin siyahısına daxil edilib.
Xəstələrin "Sputnik Azərbaycan"a verdikləri məlumata görə, artıq xəstələr bu institutdan köçürülür. Bu məlumatı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova təsdiqləyib.
O, bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tibb müəssisələrinin koronavirus xəstələrinin qəbulu üçün hazırlanması prosesi normaldır:
"Xəstələrimiz də digər belə xəstələr üçün nəzərdə tutulmuş dispanserlərə köçürülür. Biz xəstələrimizi çölə atmırıq ki. Onların müalicəsi köçürülən tibb müəssisələrində davam etdiriləcək".