Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dövlət hətta öz gücündən də artıq işlər görür''

''Dövlət hətta öz gücündən də artıq işlər görür''

Tarix: 25 Iyun 2020 13:09

"Koronavirusun verdiyi bütün ziyanlara, onun yaratdığı problemlərə baxmayaraq cənab Prezident İlham Əliyevin də elan etdiyi kimi ölkədə bütün sosial, iqtisadi layihələr davam edir".

Bunu Sonxeber.net-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Gəncə səfərini şərh edərkən deyib.

O bildirib ki, dövlət cənab Prezidentin də dediyi kimi, hətta öz gücündən də artıq işlər görür:

"Bunun da bir nümunəsi kimi dünən cənab Prezidentin səfəri zamanı bir neçə müəssisənin açılışında iştirakını göstərə bilərik. Prezident İlham Əliyev həm mənzil agentliyinin təqdimatında oldu, eyni zamanda "Şah Abbas" və "Uğurlu Xan" karvansara kompleksinin bərpadan sonra açılışında iştirak etdi və eyni zamanda modul tipli xəstəxananın açılışında da bütün çıxışlarında qeyd etdiyi kimi bu dəfə də Azərbaycanda onun üçün bir nömrəli prioritet Azərbaycan vətəndaşı amilinin olduğunu dilə gətridi. Cənab Prezident ölkəmizdə sayca 5-ci modul tipli xəstəxananın açılışında iştirak edirdi. Bundan sonra ümumiyyətlə 10 belə modul tipli xəstəxana Azərbaycanda inşa ediləcək. 2 mindən çox çarpayısı olan xəstəxanalar istifadəyə veriləcəkdir. Bu da koronavirusla mübarizədə Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir. Eyni zamanda cənab Prezident burada bizim vətəndaşlarımızı bir daha məsuliyyətli olmağa dəvət etdi. Çünki dövlət cənab Prezidentin də dediyi kimi, hətta öz gücündən də artıq işlər görür. Ümumilikdə koronavirus pandemiyası yayılandan bu zamana qədər bu işlərə Azərbaycan dövləti 5 milyarddan çox vəsait xərcləyib".

Sədr müavini qeyd edib ki, Prezidentin Gəncə səfəri pandemiya dövründə Azərbaycanda heç bir sosial layihələrin dayandırılmadığını bir daha sübut etdi:

"Cənab Prezident burada çox sadə və bəsit üç məsələni hər birimizdən etməyimizi tövsiyə etdi. Bu, sosial məsafə, tibbi maskadan istifadə etmək, bir də gigeyenik qaydalara riayətdən ibarətdir. Əslində baxanda görürsən ki, doğrudan da burada heç bir ağır və çətin məsələ yoxdur və bu dövlətin apardığı işlə bərabərdir. Hər bir vətəndaş da özünü bu məsələdə elə dövlət olaraq hiss etməlidir. Yəni, biz də bu məsələyə dövlət kimi yanaşmalıyıq, vətəndaş olaraq öz töhfəmizi verməliyik. Eyni zamanda, həm öz can sağlığımızı, həm də yaxınlarımızın, doğmalarımızın can sağlığını qorumalıyıq. Amma çox təəssüflər olsun ki, biz də müşahidə edirik ki, bu gün də küçədə, ictima yerlərdə, insanların sıx olduğu bəzi yerlərdə vətəndaşlarımız bu üç sadə prosedura əməl etmirlər. Ümumiyyətlə indiyə qədər Azərbaycan əhalisini və yoluxanların sayını nəzərə alsaq, bu, Azərbaycan əhalisi üçün o qədər də çox sayıla bilməz. Birinci mərhələdə biz buna əməl edə bildik. Sərt karantin rejimi tətbiq olundu və onun sayəsində Azərbaycanda sağalanların sayı yoluxanların sayını üstələdi və ona görə də dövlət yavaş-yavaş yumşaldılmaya keçdi. Çox təəssüf ki, sonradan yumşaldılma tətbiq ediləndə vətəndaşlarımız artıq müəyyən məsuliyyətsiz davranışlar etdilər. Ondan sonra çox təəssüflər olsun ki, yoluxma sayı sağalanların sayını üstələdi. Bu, ikinci dalğa kimi də qiymətləndirilir. Dünyada da növbəti dalğa hiss olunur. Amma hər birimiz vətəndaş məsuliyyətini hiss etməliyik. Cənab Prezident də başdan elan etmişdi ki, pandemiya olmasına baxmayaraq Azərbaycanda heç bir sosial layihələr dayandırılmayacaq. Bu da onu göstərir ki, Azərbaycan dövləti həmişə öz vətəndaşının, öz insanının rifah halını düşünür və xüsusilə də bu məsələrin önündə cənab Prezident durur. Prezidentin Gəncə səfəri, yeni müəssisələrin açılışında iştirakı bir daha sübut etdi ki, dövlət öz yerindədir, dövlət öz işini aparır. Sadəcə biz vətəndaşlara Operativ Qərargahın və dövlətin bizə etdiyi tövsiyələrə əməl etmə, sağlamlığımızı və eyni zamanda öz yaxınlarımızı qorumaq qalır". 

Təhməz Təkin


Etiketlər:  Dövlət hətta gücündən artıq işlər görür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ