Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Umayra Tağıyeva: Son onilliklərdə Bakıda intensiv yağıntılı günlərin sayı artıb

Umayra Tağıyeva: Son onilliklərdə Bakıda intensiv yağıntılı günlərin sayı artıb

Tarix: 25 Iyun 2020 14:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Çoxillik məlumatların təhlilinin nəticələri göstərir ki, Azərbaycanın əksər rayonlarında yağıntının miqdarının ümumi azalması fonunda paytaxtda son onilliklərdə intensiv yağıntılı günlərin sayının artması tendensiyası müşahidə olunur.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, 1992-ci ildən 2019-cu ilə qədər olan dövrdə 5 mm və 10 mm-dən çox olan yağıntı günlərinin sayı orta hesabla 7 gün, 15 mm.-dən çox yağıntı günlərinin sayı isə 5 günədək artıb:

"Müqayisə üçün qeyd etməliyik ki, Bakı şəhərində iyun ayı üzrə yağıntı norması 10 mm, iyul ayı üzrə isə ondan da az - 2-3 mm təşkil edir. Buna görə də əgər iyun ayında bir gün ərzində 10 mm yağıntı düşərsə, bu, artıq bir aylıq norma səviyyəsində yağıntının düşməsi deməkdir. Bu öz növbəsində müəyyən fəsadlar yarada bilər ki, ona da hazır olmalıyıq. İstanbuldakına bənzər baş vermiş leysan yağışlarından heç bir ərazi sığortalanmayıb. Maddi-texniki imkanların əhəmiyyətli dərəcədə yaxşılaşmasına baxmayaraq, belə təbii hadisələrini proqnozlaşdırmaq getdikcə çətinləşir. Qeyri-ixtiyari belə bir sual ortaya çıxır: Bu, iqlim dəyişmələridir, yoxsa bunu “yeni iqlim” kimi adlandırmaq daha düzgün olar?


Etiketlər:  Umayra Tağıyeva Son onilliklərdə Bakıda intensiv yağıntılı günlərin sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ