Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya klubunun 8 üzvündə koronavirus aşkarlandı

Rusiya klubunun 8 üzvündə koronavirus aşkarlandı

Tarix: 25 Iyun 2020 19:20

Rusiyanın “Orenburq” klubunda 8 nəfər koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yoluxanlardan 6-sı futbolçu, 2-si isə klub işçisidir. 

Koronavirusa yoluxan şəxslərin adı açıqlanmayıb. Həmin şəxslər Premyer Liqanın 23-cü turunda "Lokomotiv”lə keçirilən oyundan (0:1) əvvəl testdən keçirilib və nəticələri neqativ olub.

Qeyd edək ki, bundan əvvəl Premyer Liqa klublarından "Rostov", "Dinamo" (Moskva) və "Ufa"nın futbolçularında da koronavirus aşkarlanmışdı.

 


Etiketlər:  Rusiya klubunun üzvündə koronavirus aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ