Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 21:16
Android 11 əməliyyat sisteminin əsas yeniliklərindən biri də faylların cihazlar arasında sürətli və asan mübadiləsi funksiyası olacaq. Söhbət, Apple şirkətinin AirDrop funksiyasının analoqundan gedir. İndi isə məlum olub ki, Google şirkətinin Nearby Sharing adlı AirDrop analoqu təkcə Android cihazlar arasında çalışmayacaq. Belə ki, yeni məlumata əsasən bu texnologiya faylların müxtəlif platformalar arasındakı mübadiləsini mümkün edəcək.
Bu barədə 9to5google saytı xəbər verib. Məlum olub ki, Nearby Sharing texnologiyası Android cihazlar ilə yanaşı həmçinin Windows, Linux, macOS və ChromeOS əməliyyat sistemləri vasitəsilə çalışan kompüterlər arasında da fayl mübadiləsini mümkün edəcək. Qeyd etmək lazımdır ki, kompüterlərdə Nearby Sharing funksiyası Chrome brauzeri vasitəsilə çalışacaq. Lakin Google şirkətinin bu cür müxtəlif platformalar arasındakı fayl mübadiləsini necə reallaşdıracağı bilinmir.