Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 10:20
Bakı. Trend
Parisdə 3 aya yaxın bağlı qalmış Orli hava limanı fəaliyyətini bərpa edib.
Trend-in məlumatına görə, bu gün hava limanından ilk olaraq "Transavia" şirkətinin təyyarəsi Portuqaliyanın Porto şəhərinə uçub.
Təyyarə havaya qalxarkən, uçuş-eniş zolağında yanğınsöndürmə maşınları reysi rəmzi olaraq su şırnaqları ilə yola salıbar.
Hələlik, hava limanının bir terminalı fəaliyyət göstərəcək. Digər terminalların nə zaman açılacağı barədə məlumat verilməyib
Qeyd edək ki, Avropanın ən böyük hava limanlarından olan Orli hava limanı koronavirus pandemiyası ilə əlaqədar martın 31-də bağlanmışdı. Bu müddət ərzində çarter reysləri Şarl de Qoll aeroportundan həyata keçirilirdi.