Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Antibiotik müalicəsi zamanı bunları etməyin - Nələri yemək olmaz?

Antibiotik müalicəsi zamanı bunları etməyin - Nələri yemək olmaz?

Tarix: 26 Iyun 2020 23:06

Hazırda bir çox insanlar koronavirus qorxusu ilə antibiotik ehtiyatı yığıb, ən yüngül simptomlarda belə bu preparatın qəbuluna başlayıblar.

Qeyd edək ki, antibiotik, xüsusən indi dəbdə olan Azitromisin virus infeksiyalarında effektiv deyil. Antibiotik yalnız ağciyərlərdə bakterial pnevmoniya olarsa tətbiq olunur.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, antibiotik kursu zamanı bir çox qadağalar var ki, onlara əməl etmək lazımdır. Əks təqdirdə müalicənin fəsadı daha çox ola bilər.

1. Antibiotiki yalnız bol su ilə içməlisiz.

2. Antibiotik qəbulu müddətində süd, portağal şirəsi, alma, qreypfrut, ananas və s. Şirələr içmək olmaz. Onlar anbiotikin sovrulması prosesini azaldır.

3. Antibiotik qəbulu zamanı sarımsaq yeməyin

4. Antibiotik müalicəsi zamanı idman etmək, qaçış, eləcə də çimərlikdə qaralmaq arzu olunmur. Çünki antibiotiklər dərinin fotohəssaslığını artırır.

5. Antibiotik qəbulundan sonra bağırsaq mikroflorasını bərpa etmək mütləqdir. Bunun üçün probiotiklər, duzlu kələm, kefir qəbul etməlisiz.


Etiketlər:  Antibiotik müalicəsi zamanı bunları etməyin Nələri yemək olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ