Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 07:32
Pensilvaniya Dövlət Universitetinin tədqiqatçıları tərəfindən işlənib hazırlanmış sensor insan tərini təhlil edərək onun sağlamlıq vəziyyətinə nəzarət edəcək.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, qurğu səhiyyə sənayesinin nümayəndələri və xüsusilə yüngül atletlər üçün maraqlı olacaq, çünki o, həddən artıq istiliyə nəzarət və ya məşqlərin optimal sayını tənzimləmək üçün istifadə edilə bilər. Tədqiqatçılar, həmçinin xəstəliklərin monitorinqi ilə əlaqədar Pensilvaniya Tibb Məktəbinin nümayəndələri ilə əməkdaşlıq edirlər. Qurğu PH üçün bir, qlükozanın ölçülməsi üçün ikinci, natrium üçün isə üçüncü kameraya malikdir. Bu 3 göstərici xəstəliyin markerləri sayılır.
Biz gündəlik məşqlərdən və ya isti nəticəsində ayrılan təri təhlil etmək imkanına malik olmaq istəyirik, çünki onun tərkibində PH və qlükoza kimi çoxlu biomarkerlər vardır ki, bu da xəstəliyin irəliləməsi və ya onun diaqnostikası üçün yaxşı indikator ola bilər.