Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan güclü qoruyucu tapılıb

Koronavirusdan güclü qoruyucu tapılıb

Tarix: 27 Iyun 2020 20:48

ABŞ-dakı Scripps Araşdırma İnstitutunun alimləri, koronavirusdan güclü şəkildə qorunmanı təmin edən antitel aşkar ediblər. Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bu, COVID-19-dan xilas olan xəstələrin qanında tapılan antiteldir. Bu barədə "Science" jurnalında dərc olunan məqalədə bildirilib.

Tədqiqatçılar xəstəliyin yüngül və ağır formada keçirən insanlardan qan nümunələri götürblər. Təcrübə zamanı mütəxəssislər, virusun hüceyrəyə daxil olmaq üçün təmasda olduğu ACE2 reseptorunu sintez edən test hüceyrələrindən istifadə ediblər. Alimlər özündə antitel  ehtiva edən qanın virusla qarşılaşdıqda orqanızmı yoluxmadan qorumaq imkanlarını araşdırıblar.
Mütəxəssislər, SARS-CoV-2-yə qarşı fərqli antirtel sintez edən B hüceyrələri adlanan mindən çox fərqli immun hüceyrələrini təyin ediblər. Antitelləri kodlaşdıran genlərin ardıcıllığıni öyrəndikdən sonra onları laboratoriyada sintez ediblər. Sınaqlar göstərib ki, bəzi antitellər az miqdarda olsa da, test hüceyrələrinin infeksiyasının qarşısını alaraq virusu təsirli şəkildə blok edə bilir.

Alimlərin fikrincə, heyvanlar üzərində növbəti təhlükəsizlik testləri və insanları əhatə edən klinik sınaqlar müvəffəqiyyətlə nəticələnsə, antitellərdən gələn ilin yanvar ayında müalicə üçün istifadə edilə bilər.


Etiketlər:  Koronavirusdan güclü qoruyucu tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ