Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orqanizmdə vitamin balansının pozulması

Orqanizmdə vitamin balansının pozulması

Tarix: 28 Iyun 2020 15:57

Orqanizmdə vitamin balansı gündəlik qida vasitələri ilə qəbul edilən vitaminlərin mənimsənilməsi sayəsində təmin edilir. Vitaminlər 3 cür olur.
1. Yağda həll olan vitaminlər.
2. Suda həll olan vitaminlər.
3. Vitaminəbənzər maddələr.
Suda həll olan vitaminlər orqanizmin hüceyrələrində mürəkkəb ferment komplekslərinə çevrilir. Fermentlərin fəaliyyət müddəti məhdud olduğuna görə onların tərkibindəki birləşmələr tədricən parçalanır və müxtəlif metobolitlər şəklində orqanizmdən xaric olur.
Yağda həll olan vitaminlərin əksəriyyəti orqanizmdə depo şklində saxlanılır və suda olan vitaminlərə nisbətən zəif sürətlə katobolizmə uğrayır.
Orqanizmdə vitamin balansının pozulmasına onların miqdarının artması və azalması səbəb olur.
Hər hansı bir vitaminin orqanizmdə azalması ilə baş verən patologiyalar hipovitaminoz, çatışmazlığı ilə baş verən patologiyaya isə avitaminoz adlanır.Y alnız bir vitaminin çatışmazlığı monohipovitaminoz adlanır. Uzun müddət keyfiyyətsiz qidalanma şəraitində orqanizmdə eyni zamanda bir neçə vitaminin çatışmazlığı baş verir ki, buna polihipovitaminoz deyilir.
Orqanizmdaə vitamin çatışmazlığı endogen və ekzogen faktorlardan asılı ola bilir. Ekzogen faktorlara keyfiyyətsiz, bir növ qidalanma və bağırsaqlarda antibiotik və sulfanilamidlərin əmələ gətirdiyi disbakterioz səbəb olur.
Hipervitaminoz orqanizmdə vitamin intoksikasiyalarının baş verməsinə səbəb olur. Bu intoksikasiyalar özünü aşağıdakı patologiyalarla biruzə verir:
- iştahanın pozulması
- baş ağrıları
- güclü sinir oyanması
- mədə-bağırsaq funksiyasının pozulması
- tüklərin tökülməsi
- dərinin qabıq verməsi.


Etiketlər:  Orqanizmdə vitamin balansının pozulması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ