Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kamran Bayramov: Cənab Prezidentin yeritdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycana daha böyük nüfuz və hörmət qazandırır

Kamran Bayramov: Cənab Prezidentin yeritdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycana daha böyük nüfuz və hörmət qazandırır

Tarix: 28 Iyun 2020 23:15

Azərbaycan Respublikasının dostluq, əməkdaşlıq və həmrəylik niyyətlərini özündə əks etdirən və ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasəti dünya dövlətləri ilə uğurlu qarşılıqlı fəaliyyətin bərqərar olunması, onların Azərbaycanın irəli sürdüyü təşəbbüslərə yekdilliklə qoşulması, dövlətimizin beynəlxalq həmrəylik məsələsində ən aparıcı rol oynaması üçün əlverişli şərait yaratmışdır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, təsadüfi deyil ki, dünyanı qlobal koronavirus pandemiyasının bürüdüyü, bu sahədə beynəlxalq əməkdaşlığa, müvafiq təcrübə mübadiləsinə ciddi zərurətin olduğu bir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bu qlobal bəla ilə mübarizə mövzusunda videokonfranslar vasitəsilə aprelin 10-da Türk Şurasının fövqəladə Zirvə görüşünün, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi Azərbaycanın qlobal problemlərə biganə qalmadığını, bu problemlərin həllində təşəbbüskar qismində çıxış etmək iqtidarında olduğunu açıq-aydın göstərdi:

"Bu tədbirlərin keçirilməsi nəticəsində dünya dövlətləri bu günlərdə möhkəm həmrəyliyin və əməkdaşlığın dünya üçün, onun əhalisi üçün nə qədər əhəmiyyətli olmasının canlı şahidi oldular.Sirr deyil ki, dünyanın inkişaf etmiş aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar koronavirus pandemiyasına qarşı birgə mübarizə aparmaqda çətinlik çəkirlər. Belə bir şəraitdə bu mövzuda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsünün təşkilatın üzvü olan 130-dək dövlət tərəfindən dəstəklənməsi Azərbaycana və onun rəhbərinə dünya birliyi tərəfindən göstərilən etimadın və verilən dəyərin bariz təzahürüdür. Digər tərəfdən isə, cənab Prezidentin yeritdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycana daha böyük nüfuz və hörmət qazandırır".


Etiketlər:  Kamran Bayramov Cənab Prezidentin yeritdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycana daha böyük nüfuz hörmət qazandırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ