Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2020 23:40
Bakı. Trend:
Pakistanda sutkada koronavirusa yoluxanların sayı 200 mini keçərək 4 min nəfər artıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilib ki, ümumilikdə 4 min nəfər vəfat edib, 92 min nəfər sağalıb.
Xatırladaq ki, Çin hakimiyyəti 31 dekabr 2019-cu il tarixində Vuhan şəhərində pnevmoniya xəstəliyinin yayılması barədə məlumat verib. Xəstəliyin törədicisi, COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirus SARS-CoV-2-dir. Daha sonra martın 11-də ÜST yeni koronavirusun yayılmasını pandemiya adlandırıb.