Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2020 06:40
Bakı. Trend:
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 30 476 nəfər yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi statistik məlumatlarında deyilir.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanlarınsayı 1 344 143 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 552 nəfər ölüb.
Hazırkı dövrədək koronavirusa yoluxanlardan 57 622 nəfəri vəfat edib, 733 min nəfəri isə sağalıb.