Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 19:12
Bakı. Samr Əli - Trend:
Bir peyvəndin hazırlanıb satışa çıxarılması uzun məsələdir.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, hazırda bu xəstəliklə bağlı peyvəndin hazırlanması davab edir: "Bu peyvəndin hələ hazırlanıb hansısa ölkədə vurulması faktı yoxdur. Bu peyvəndin hələ hazırlanandan sonra ziyanlı olub olmaması araşdırılmalıdır. Hələ ki hazırlanan peyvəndlərin istifadəsinə başlanmayıb. Bu barədə danışmaq hələ ki tezdir".