Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Microsoft yeni antivirusunu istifadəyə verdi

Microsoft yeni antivirusunu istifadəyə verdi

Tarix: 30 Iyun 2020 22:16

Microsoft smartfonlar üçün Defender antivirusunun ilkin versiyasını təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni antivirus mobil tətbiqlərin təhlükəsizliyini yoxlayacaq.

Microsoft Defender antivirusu "Android" smartfonlar üçün açıq test çərçivəsində çalışacaq. 2020-ci ilin sonunadək antivirusun iOS versiyasının çıxarılacağı da gözlənilir.

Antivirusun əsas məqsədi fırıldaqçıların istifadəçilərin şifrlərini, bank kartlarının məlumatlarını və başqa vacib informasiyaları ələ keçirməsinin qarşısını almaq üçün fişinq hücumlarından müdafiədir.

Milli.Az


Etiketlər:  Microsoft yeni antivirusunu istifadəyə verdi


RƏYLƏR