Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb

Çində ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb

Tarix: 1 Iyul 2020 06:16

Bakı. Trend:

Çində ötən sutka ərzində 3 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarının hamısı ölkə daxilində - Pekin şəhərində qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 3 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 534 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.


Etiketlər:  Çində ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ