Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2020 16:45
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda universitetlərə əcnəbi tələbələrin qəbulu məsələsində muxtariyyət verilib.
Trend-in məlumatına görə, bunu 2019-2023-cü il Dövlət Proqramının İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən, Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov deyib.
Onun sözlərinə görə, əcnəbi tələbələrin yerli ali məktəblərə qəbulu Naziklər kabinetinin 125 saylı qərarı ilə tənzimlənir:
“Bu qaydalara uyğun olaraq, hər bir universitetə əcnəbi tələbələrin qəbulu ilə bağlı muxtariyyət verilib. Onlar hazırlıq səviyyəsinə sənəd qəbulunu istədiklərini vaxt həyata keçirə bilərlər. lakin bakalavr səviyyəsinə hər il sentyabrın 30-dək qəbul aparılmalı və bu barədə Təhsil Nazirliyinə məlumat verilməlidir”.