Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 05:28
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 39 nəfər ölüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 39 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 3 870 nəfərə çatıb.