Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 09:51
"Microsoft" və "Hitachi" şirkətləri genişmiqyaslı əməkdaşlıq elan ediblər. Yapon şirkəti istehsalçılara öz fabriklərinin işini avtomatlaşdırmaqda və logistikanın səmərəliliyini yüksəltməkdə kömək etmək üçün bu əməkdaşlıq çərçivəsində tərəfdaşının "bulud" xidmətlərini təşviq edəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, çoxillik razılaşma "Microsoft" və "Hitachi" şirkətlərinin Asiya və Şimali Amerikadakı müştərək müştəriləri ilə işləmək üçün nəzərdə tutulub. "Hitachi" şirkəti "Azure" "bulud" infrastrukturu, "Microsoft 365" və "Dynamics 365" proqramlarından istifadə edərək həmin müştərilər üçün istehsalın məhsuldarlığını, logistikanın optimallaşdırmasını və proqnozlaşdırıcı xidməti təmin edəcək.
"Biz "Microsoft" ilə əməkdaşlığımızı genişləndirməkdən, istehsal və logistik şirkətlərini rəqəmli həllərlə təchiz etmək üçün əməliyyat texnologiyaları və İT sahəsindəki nailiyyətləri öz məhsullarımızda tətbiq etməkdən məmnunuq" – "Hitachi" şirkətinin vitse-prezidenti Cun Abe deyib.
Emil Hüseynov