Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 10:14
Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. "UAZ" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda qəzada ölən və yaralananların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.