Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2019 23:32
Bakı. Trend:
ABŞ regionda İrana qarşı müqavimət göstərmək üçün bütün variantları, o cümlədən hərb yolunu nəzərdən keçirir, lakin Vaşinqton Tehranla müharibə etmək istəmir.
Trend-in məlumatına görə, bunu ABŞ Dövlət katibi Maykl Pompeo deyib.
M.Pompeo qeyd edib: "ABŞ prezidenti [Donald Tramp] bir neçə dəfə [bu variantlar barədə] məlumatlandırılmışdır. Hətta onu davamlı şəkildə məlumatlandıracağıq".
ABŞ-ın İrana qarşı hərbi variantı nəzərdən keçirəcəyinə dair jurnalistin sualına ABŞ Dövlət katibi: "Əlbəttə ki", - deyə cavab verib. Eyni zamanda, M.Pompeo əlavə edib: "Prezident Tramp çox açıq şəkildə vurğulayıb ki, o, müharibəni istəmir"
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin