Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MBA-nın 9 basketbolçusunda koronavirus aşkarlandı

MBA-nın 9 basketbolçusunda koronavirus aşkarlandı

Tarix: 3 Iyul 2020 11:08

Milli Basketbol Assosiasiyasının (MBA) daha 9 oyunçusunda koronavirus testləri müsbət nəticə verib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə MBA oyunçularının Həmkarlar İttifaqının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, test nəticələri pozitiv olan bütün oyunçular karantin qaydalarına riayət etməklə, həkimlərdən müsbət rəy alana qədər özlərini təcrid edəcəklər.

Xatırladaq ki, MBA rəhbərliyi koronavirus səbəbindən dayandırılan 2019-2020-ci il mövsümünün qalan formatını təsdiqləyib. Müntəzəm mövsümün iyulun 31-də başlayacağı və 30 komandadan yalnız 22-nin mübarizə aparacağı bildirilib.

Bütün matçların Orlando şəhərində (Florida ştatı, ABŞ) yerləşən "Disney World" əyləncə parkında keçiriləcəyi planlaşdırılıb. Final seriyasında yeddi matç oynanılacağı təqdirdə, mövsüm oktyabrın 12-də başa çatacaq.


Etiketlər:  nın basketbolçusunda koronavirus aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ