Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVİD-19 testinin cavabı gecikən şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA

COVİD-19 testinin cavabı gecikən şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA

Tarix: 3 Iyul 2020 12:28

COVİD-19-la bağlı test verən şəxslərin analizlərinin "E-TƏBİB" proqramı vasitəsilə alınmasında problem yaşanıb. Test edilən şəxslərə analizlərin cavabı gəlmir və ya onların test olunmadığı məlumatı gəlir. Bu cür hallar vətəndaşlar arasında çaşqınlıq yaradır.

E-tebib layihəsinin rəhbəri Fuad Niftəliyev Trend-ə açıqlamasında faktı təstiqləyib.

Bildirib ki, hazırda problemin həlli istiqamətində işlər görülür: "Əslində bu problem "E-TƏBİB"dən asılı olmayan məsələdir. Yəni analizlərin cavablarını test götürən laboratoriyalar vaxtında çatdıra bilmirlər. Ona görə də həmin cavablar "E-TƏBİB"in bazasına yüklənmədiyindən vətəndaşlara yanlış cavablar verilir. Artıq bu problemin aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görülür. Laboratoriyalara tapşırıqlar verilib ki, əsasən pozitiv çıxan cavablar dərhal bazaya göndərilsin və vətəndaşa dərhal məlumat verilsin. Hazırda pozitiv cavablar dərhal bazaya yüklənilir və vətəndaşa bu barədə məlumat verilir. Cavab gəlməyən və ya testdən keçmədiyi deyilən şəxslərin isə çox güman ki, test cavabları neqativdir. Neqativ cavabların bazaya yüklənməsində gecikmələr davam edir. Çalışırıq ki, qısa zamanda bu problemi də aradan qaldıraq".

F. Niftəliyev bildirib ki, test cavabları gəlməyən şəxslər hələlik problem həll olunana qədər analiz verdikləri laboratoriyalarla əlaqə saxlaya bilərlər.


Etiketlər:  COVİD testinin cavabı gecikən şəxslər etməlidir RƏSMİ AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ