Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2020 13:48
Bakı. İlhamə İsabalayeva – Trend:
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, bəzi şəhər və rayonlarda xüsusi karantin rejiminin iyulun 20-dək uzadılması ilə bağlı tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu prosesi müvəqqəti təxirə salınır.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, prosesin təxirə salınması bu müddət ərzində tələb olunan bəzi sənədlərin tələbələr tərəfindən əldə edilməsində yaranacaq çətinliklərlə bağlıdır.
Tələbələrin köçürülməsi üzrə yeni qeydiyyat tarixlərinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.