Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2020 18:30
Bakı. Samir Əli - Trend:
Koronavirusun yayılmasının birinci mərhələsində infeksiya xaricdən idxal olunurdu.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev ilk növbədə ölkə əhalisinin sağlamlığını hər şeydən üstün tutdu: "Operativ Qərargah yaradıldı, ölkəyə idxal olunan virusun qarşısını ala bildik, onu məhdudlaşdıra bildik. Amma sərt karantin rejimində normallaşma prosesində insanlar qaydalara əməl etmədilər. Nəticədə yoluxma artdı. Bununla yanaşı, yenə də həkimlərimiz virusun qarşısını almağa çalışırlar. Hazırda xarici ölkələrin bəzilərində ikinci dalğa başlayıb. Buna görə də biz sərt karantin rejiminin tətbiqinə qərar verdik. İnanıram ki, bu rejimdə Azərbaycan əhalisi karantin qaydalarına riayət edəcək və biz yoluxmanın artmasının qarşısını ala biləcəyik".