Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''OPEC'' görüşü iyulun ilk həftəsində keçirilə bilər

''OPEC'' görüşü iyulun ilk həftəsində keçirilə bilər

Tarix: 17 Iyun 2019 11:30

Bakı. Trend:

"OPEC"-ə (Neft ixrac edən ölkələrin təşkilatı) üzv dövlətlərin nümayəndələrinin görüşü iyul ayının əvvəlində keçirilə bilər.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Yaponiyada keçirilən G20 energetika və ekologiya nazirlərinin görüşü çərçivəsində deyib.

"OPEC"-in növbəti görüşü haqqında sualı cavablandırarkən nazir bildirib ki, "görüş yəqin ki iyul ayının ilk həftəsində keçiriləcək".

Nazir bu görüşdə "ölkələrin neft hasilatının azaldılması üzrə razılaşmanı uzatmaq üçün razılıq əldə edə biləcəklərinə" ümid etdiyi bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  OPEC görüşü iyulun həftəsində keçirilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ