Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 09:56
“Barselona”nın hücumçusu Lionel Messi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Qol.az-ın xəbərinə görə, bu haqda “Fox Sports”un jurnalisti Kristian Martin məlumat yayıb.
İspaniya mətbuatı argentinalı futbolçunun klubu ilə 2021-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmayacağını iddia edib.
“Messinin “Mançester Siti”yə keçidi məsələsi var. Bunu mənim İngiltərə və Kataloniyadakı mənbələrim təsdiq edir” – deyə K.Martin bildirib.
Xatirladaq ki, “Mançester Siti”nin hazırkı baş məşqçisi Xosep Qvardiola Messi ilə birgə “Barselona”da çalışıb.