Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizin baş məşqçi vəzifəsinə iki namizəd qaldı – Millətlər Liqasından imtina olunur?

Millimizin baş məşqçi vəzifəsinə iki namizəd qaldı – Millətlər Liqasından imtina olunur?

Tarix: 4 Iyul 2020 12:10

Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə iki namizəd qalıb.

Qol.az-ın sport24.az-a istinadən verdiyi məlumata görə, bunlar irlandiyalı Roy Kin və italiyalı Canni De Byazidir.

Yeni baş məşqçi təyinatıyla bağlı müxtəlif məlumatlara baxmayaraq, AFFA hazırda bütün danışıqları "dondurub". Bu qərarın səbəbi koronavirus pandemiyasıdr. Hazırkı vəziyyətdə assosiasiya rəhbəriyi risk etmək istəmir.
 
Azərbaycana iyulun 20-dək açıq idman növləri ilə məşğul olmaq qadağan edilib. Fakt deyil ki, həmin tarixdən sonra bu qadağa götürüləcək. Nəticə etibarilə vəziyyət belə ola bilər ki, yığma komandamız Millətlər Liqasının ev oyunlarını nəinki öz Vətənində keçirməyə, təlim-məşq toplanışı keçməyə də bilər. Bu vəziyyətdə Azərbaycanın ümumiyyətlə, Millətlər Liqasından tamamilə imtina etməsi ehtimalı yetərincə böyükdür. Buna görə də indi baş məşqçi ilə müqavilə bağlamaq məqsədəuyğun deyil. Axı, müqavilə bağlandıqdan sonra Millətlər Liqasında iştirak edib-etməməsindən asılı olmayaraq, məşqçilər heyətinə kifayət qədər yaxşı maaş ödəməli olacaqsan.
 
AFFA rəhbərliyinin Nazirlər Kabineti yanında Operativ Qərargahla danışıqlar aparacağı və yalnız bundan sonra baş məşqçi vəzifəsinə potensial namizədlərlə danışıqlar prosesinin davam etdirilməsi, yaxud Millətlər Liqasında iştirakdan imtina etmək daxil olmaqla kəskin tədbirlər görülməsi qərara alınacaq.

 


Etiketlər:  Millimizin baş məşqçi vəzifəsinə iki namizəd qaldı Millətlər Liqasından imtina olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ