Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 14:22
"Neftçi" ilə yollarını ayıran Soni Mustivar Azərbaycanı tərk edib.
Qol.az-ın məlumatına görə, bu barədə 30 yaşlı haitili yarımmüdafiəçi "Instagram" hesabından bildirib.
Oyunçu paytaxt təmsilçisi ilə də vidalaşıb. Mustivar "Neftçi"yə təşəkkür etdiyini yazıb: "Bu, yaxşı vidalaşma deyil, tezliklə görüşəcəyik. Hamınıza, "Neftçi"yə təşəkkür edirəm".
Qeyd edək ki, Soni Mustivar 2018-ci ilin martında "Neftçi”yə keçmişdi. O, bu müddət ərzində 56 oyunda meydana çıxıb və 3 qola imza atıb.