Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 16:08
Bakı. Elnur Bağışov - Trend:
İranda ötәn sutka әrzindә daha 148 nәfәr koronavirusdan (COVID19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 11 408 nәfәrә çatıb.
Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 449 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 237 878 nәfәrә yüksәlib.Virus daşıyıcılarından 3 136 nәfәrin vәziyyәti ağırdır.
Nazirlik rәsmisi indiyәdәk 198 449 nәfәrin koronavirusdan sağaldığını deyib.
Sadat Lari bildirib ki, Xuzistan, Qәrbi Azәrbaycan, Şәrqi Azәrbaycan, Kürdüstan, Kirmanşah, Hörmüzqan, Buşehr, Rәzәvi Xorasanı vә İlam vilayәtlәrindә vәziyyәt ağırdır.
İranda indiyәdәk 1,76 milyondan çox diaqnoz testi hәyata keçirilib.