Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 19:12
Dünyanın ən özəl avtomobil modellərinə imza atan Lamborghini bu dəfə superyaxta ilə qarşımıza çıxıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Italian Sea Group ilə ortaq layihə çərçivəsində istehsal edilən yaxta 4 min at gücünə malikdir.
Model hərəsi 2000 at gücündə olan iki V12 mühərriklə təchiz olunub.
Dizayn baxımından digər Lamborghini modellərini andıran yaxtanın gövdəsi karbon lifindən hazırlanıb.
Yaxtanın uzunluğu təxminən 20 metr, ağırlığı 24 tondur. Maksimum sürət isə saatda 60 knotdur.