Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 19:52
Türkiyənin İş Bankası və Almaniyanın Commerzbank-ı blockchain platformasından istifadə edərək ilk ticarət maliyyələşdirmə əməliyyatını həyata keçiriblər. İş Bankası R3 Corda texnologiyasına əsaslanan Marco Polo blockchain platformasına qoşulan ilk türk bankıdır. Banklar bu platformadan istifadə edərək ticarət maliyyələşdirmə əməliyyatı aparıblar. Şişecam və Kuraray Europe GmbH şirkətlərinin də iştirak etdiyi sövdələşmə mayın 27-si həyata keçirilib. Sövdələşmə türk şirkətinin alman istehsalı çoxlaylı laminat şüşələrinin alışını maliyyələşdirirdi.