Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa yoluxduğu üçün "UFC-251" turnirindən kənarlaşdırılıb

Koronavirusa yoluxduğu üçün

Tarix: 5 Iyul 2020 15:10

Braziliyalı idmançı Gilbert Burns koronavirus testinin nəticələri müsbət çıxdığı üçün UFC-nin (Mütləq Döyüş Çempionatı) əsas yarışı olan "UFC-251" turnirindən kənarlaşdırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "MMA Junkie" portalı məlumat yayıb.

G.Burns iyulun 11-də Əbu-Dabidəki "Döyüş adası"nda yarım orta çəki dərəcəsində (77 kq-dək) UFC çempionu, amerikalı Kamaru Usman ilə görüşməli idi. Döyüşün təxirə salındığı vaxtla bağlı məlumat verilməyib. Braziliyalı idmançı "Twitter"dək isəhifəsində döyüşün ləğv olunduğunu təsdiqləsə də, səhhəti ilə bağlı məlumat verməyib.

Otuz üç yaşlı G.Burns karyerası ərzində keçirdiyi 22 döyüşün 19-da qələbə qazanıb.

Milli.Az


Etiketlər:  Koronavirusa yoluxduğu üçün UFC 251 turnirindən kənarlaşdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ