Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qusarlı fermer meyvə bağının suvarılmasında alternativ enerjidən istifadə edir - FOTO

Qusarlı fermer meyvə bağının suvarılmasında alternativ enerjidən istifadə edir - FOTO

Tarix: 5 Iyul 2020 15:20

Qusarlı fermer Zöhrab Cahangirov meyvə bağının suvarılmasında alternativ enerjidən istifadə edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fermer bağda quraşdırılan Günəş panelləri sayəsində suvarmada istifadə etdiyi elektrik enerjisini ödənişsiz əldə edir.

İxtisasca mühəndis olan Z.Cahangirov bağın suvarılmasında dörd Günəş panelindən istifadə edir. Kiçik su hovuzunun üzərində yerləşdirilən panellər vasitəsilə gün ərzində toplanan enerji bir hektar bağın suvarılması üçün tam kifayət edir.

Zöhrab Cahangirov bildirir ki, Günəş panellərindən alınan enerji vasitəsilə işləyən suvarma sistemi tam avtomatlaşdırılıb. Qurğu insan müdaxiləsi olmadan çalışır. Bundan başqa, təsərrüfatda suvarma suyuna qənaət etmək məqsədilə hər ağacın dibinə xüsusi örtük çəkilib. Bu örtüklər buxarlanmanın qarşısını almaqla suya tələbatı azaldır və ağacların ətrafında alaq otlarının bitməsinə imkan vermir.

Bağının becərilməsində müasir üsullardan istifadə edən Z.Cahangirov Günəş panellərindən alınan enerjinin ekoloji cəhətdən daha təmiz, təhlükəsiz, eyni zamanda, sərfəli olduğunu qeyd edir.

Qusarlı fermer bağında gilasın müxtəlif növlərini becərir. Üç il əvvəl salınan bağ bu il ilk dəfə məhsul verib.


Etiketlər:  Qusarlı fermer meyvə bağının suvarılmasında alternativ enerjidən istifadə edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ