Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2020 20:30
Lerik rayon ərazisində "Relax" ailəvi istirahət məkanı Operativ Qərargahın qaydalarını kobud şəkildə pozub.
Sonxeber.net bildirir ki, bu barədə "Xəzər" televiziyasının bölgə müxbiri Nizami Rəsulov "Facebook"da paylaşım edib.
O qeyd edib ki, istirahət məkanı ərazisində qanunsuz qəlyan istifadəsi halı aşkar olunub:
"Bu barədə ərazidə olan əməkdaşlarımız məlumat verib. Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün ərazilərdə pandemiyanın qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.
Ancaq buna baxmayaraq, təəssüf hissi ilə qeyd edə bilərik ki, Lerik rayonunun "Relax" ailəvi istirahət makanında qadağan olunan qəlyanın istifadəsi faktı aşkar edilib. Bunu video görüntü də təsdiq edir...
Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı bir tədbir görəcəklər".