Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeronda minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb, ölən var

Abşeronda minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb, ölən var

Tarix: 17 Iyun 2019 20:15

Bakı. Trend:

Abşeronda minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1979-cu il təvəllüdlü Ocaqverdiyev Vüqar İnqilab oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Abşeronda minik avtomobili kənarındakı beton maneəyə çırpılıb ölən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ