Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Fujitsu” şirkəti distant iş rejiminə keçir

“Fujitsu” şirkəti distant iş rejiminə keçir

Tarix: 7 Iyul 2020 09:12

“Fujitsu” 2023-cü ilin martında başa çatacaq maliyyə ilinin sonunadək öz ofislərinin 50%-ni azaltmaq planını açıqlayıb. Yapon korporasiyasının nümayəndəsi izah edib ki, “COVID-19” pandemiyası əməyin təşkili sahəsində yeni bir vəziyyətə gətirib çıxarıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, biz işçilərin hər gün ofisə getmək fərziyyəsinə əsaslanan mövcud iş, maddi yardımlar və sosial təminat sistemimizi yenidən nəzərdən keçirəcəyik – “Fujitsu”nin kadrlar şöbəsinin rəhbəri Hiroki Hiramasu mətbuat konfransında deyib.

 

“Fujitsu” şirkətində əməyin təşkili üzrə yeni konsepsiya “Work Life Shift” adlandırılıb. Bu konsepsiya uyğun iş qrafikini, həmçinin mümkün olan hər yerdə distant iş rejimini nəzərdə tutur. Şirkətin təxminən 80 min əməkdaşı bu formata keçiriləcək.

 

Emil Hüseynov




Etiketlər:  Fujitsu şirkəti distant rejiminə keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ