Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda onlarla ana və uşağı koronavirusa yoluxub

Azərbaycanda onlarla ana və uşağı koronavirusa yoluxub

Tarix: 7 Iyul 2020 20:06

"Əgər bir körpə koronavirusa yoluxubsa, uşaqlar üçün ayrılan xəstəxanada ananın müşahidəsi ilə müalicə aparılır. Əksi baş verərsə və ya ana ilə övladı eyni anda yoluxubsa hər ikisinin müalicəsi digər tibb müəssisəsində bir palatada həyata keçirilir".

Sonxeber.net xəbər verir ki, bunu Yeni Klinika Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.
O bildirib ki, bu gün ölkədə belə xəstələrin sayı 10-larladır: "Söhbət 16 yaşa qədər olan yeniyetmələrdən söhbət gedir".

P.Abbasov qeyd edib ki, hazırda klinikada 50 yaşın üzərində olan xəstələr üstünlük təşkil edir: "Bu da xəstələrin 70%-i deməkdir. Yaşından asılı olaraq müalicə protokolları dəyişir. Gedişat da xəstəliyin mərhələsindən asılıdır. Ümumi protokol isə eynidir. Ağırlaşmaya görə müalicə həkimin rəyindən asılıdır. Fərqlilik reanimasiya şəraitində olan xəstələrə görədir".


Etiketlər:  Azərbaycanda onlarla uşağı koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ