Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 22:12
Tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn əmindir ki, koronavirus infeksiyasının aqressivliyi ən azı bir ildən sonra azalmağa başlaya bilər.
Sonxeber.net xəbər verir ki, o, bu barədə "Komsomolskaya Pravda"ya verdiyi müsahibədə danışıb. Həkimin sözlərinə görə, hazırda bu virus xəstəliyin ağır formasına səbəb olmur və daşıyıcısını öldürmək "effektiv" deyil, çünki bu, onun ötürülmə və yayılma imkanlarını məhdudlaşdırır. Virusoloq qeyd edib ki, qarşıdakı üç il ərzində COVID-19-un aqressivliyi azalmağa doğru gedəcək.
Mütəxəssis onu da əlavə edib ki, tədqiqatçılar əvvəllər yoluxucu xəstəliklərin necə inkişaf etdiyini araşdırıb və bu qənaətə gəlib ki, viruslar yalnız ilkin vaxtlarda ağır formada olur, mutasiyaya uğradıqdan sonra təsir gücünü qismən itirir.
"Koronaviruslar, prinsipcə, orqanizmləri yumşaq şəkildə idarə etməyə, yəni öz qabiliyyətlərindən istifadə etməyə, çoxalmağa, ciddi zərər görmədən öz hesablarına yaşamağa uyğunlaşdırıb. Ümid edirik ki, virusun yeni növü də bu yolla gedəcək", - Altşteyn vurğulayıb.
Virusoloq qeyd edib ki, SARS-CoV-2 digər koronaviruslardan, xüsusən, yüksək yoluxuculuq səviyyəsi ilə fərqlənir.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bəzi ölkələrdə koronavirus infeksiyasının yeni zirvəyə qalxdığını elan etmişdi. Lakin o, bunun ikinci dalğa olmadığını açıqlamışdı. Onun sözlərinə görə, başqa bir dalğanın olacağına dair əminlik yoxdur. (publika.az)