Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürülüb

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürülüb

Tarix: 9 Iyul 2020 14:12

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin koronavirusa yoluxmuş müdiri Cavid Paşayevin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə TƏBİB-in şöbə müdiri Şükür Eyvazov məlumat verib.

O qeyd edib ki, hazırda C. Paşayevin səhhəti stabildir: "Hörmətli Birinci vitse-prezidentimiz onun səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Prezidentin köməkçisi Anar Ələkbərov da Mehriban xanımın tapşırığıyla gündə bir neçə dəfə onun səhhətiylə maraqlanır. Mən bir saat əvvəl Cavid Paşayevin yanında idim. O, sərbəst nəfəs alır. Vəziyyəti də gündən-günə yaxşılaşır. Hazırda heç bir cihaza qoşulu deyil".


Etiketlər:  Birinci vitse prezident Mehriban Əliyevanın tapşırığı ilə koronavirusa yoluxmuş həkiminin səhhəti xususi nəzarətə goturulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ