Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üç uşağı ilə birlikdə koronavirusa yoluxan qadın xəstəxanaya yerləşdirildi - FOTO

Üç uşağı ilə birlikdə koronavirusa yoluxan qadın xəstəxanaya yerləşdirildi - FOTO

Tarix: 9 Iyul 2020 18:48

Azərbaycanda koronavirusa yoluxan qadın müalicə üçün həkim tapmadığını bildirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçisi ailəsi ilə birlikdə koronavirusa yoluxduğunu bildirib:

"Ailə üzvlərimdən üçü uşaqdır. Onların 15, 14 və 4 yaşları var. Nəfəs almağım çətinləşib. Amma həkim yoxdur. Allahla ölüm arasında qalmışıq".

Məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əlaqə saxladıq.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva açıqlamasında bildirib ki, qadınla əlaqə saxlayıb:

"Onlar artıq xəstəxanaya yerləşdiriliblər".


Etiketlər:  Üç uşağı ilə birlikdə koronavirusa yoluxan qadın xəstəxanaya yerləşdirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ