Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" Lautaro ilə razılığa gəldi, amma...

Tarix: 11 Iyul 2020 01:18

"Barselona" "İnter"in futbolçusu Lautaro Martineslə müqavilə imzalamaq barədə razılığa həlib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu Kataloniya təmsilçisinə keçməyə hazırdır. Ancaq Milan klubu onun üçün sazişə futbolçu dəyişikliyi edilməsinin tərəfdarı deyil. "İnter" Lautaro üçün pul almaq istəyir.

Bildirilib ki, "Barselona" yay transfer pəncərəsində Filip Koutinyonu satacağı təqdirdə, argentinalı oyunçu üçün tələb olunan məbləğ ödəməyə hazır olacaq.

Qeyd edək ki, Koutinyo hazırda icarə əsasında "Bavariya"da oynayır.

 


Etiketlər:  Barselona Lautaro ilə razılığa gəldi amma


RƏYLƏR