Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəbələdə vurulan piyada öldü

Qəbələdə vurulan piyada öldü

Tarix: 11 Iyul 2020 10:44

Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Sonxeber.net xəbər verir ki, qəza Hacallı kəndi ərazisində qeydə alınıb. 

Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi "VAZ-21093" markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub. 

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.


Etiketlər:  Qəbələdə vurulan piyada öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ