Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağcabədi sakinindən tüfəng və marixuana götürülüb (FOTO)

Ağcabədi sakinindən tüfəng və marixuana götürülüb (FOTO)

Tarix: 12 Iyul 2020 13:34

Bakı. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən rayon sakini Akif Cabbarov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana baxış keçirilərkən mənzilindən 1 ədəd qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng və həyətyanı sahəsindəki yardımçı tikilidən 15 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirlir.

Ağcabədi sakinindən tüfəng və marixuana götürülüb (FOTO) - Gallery Image Ağcabədi sakinindən tüfəng və marixuana götürülüb (FOTO) - Gallery Image


Etiketlər:  Ağcabədi sakinindən tüfəng marixuana götürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ