Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 07:20
Bakı. Elnur Bağışov - Trend:
Hər il 300 min xarici vətəndaş müalicə üçün İrana səfər edir.
Trend-in məlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini İrəc Hərirçi Ərdəbildə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin nümayəndələrinin səhiyyə turizmi üzrə 2-ci iclasında deyib.
İ.Hərirçinin sözlərinə görə, İran bu yolla 1,2 milyard dollar gəlir əldə edib.
Nazir müavini əlavə edib ki, qonşu ölkə vətəndaşları, o cümlədən İraq, Əfqanıstan, Azərbaycan və Pakistan vətəndaşları müalicə üçün İrana səfər edirlər:
"İran regionda səhiyyə turizminin mərkəzinə çevrilməyə, dost və qonşu ölkələrə xidmət göstərməyə çalışır".
Nazir müavini bildirib ki, son illər İranda səhiyyə sektorunda adambaşına xərc 1 707 dollara çatıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin