Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 19:32
Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Kipr yığması yoxlama oyunları keçirəcək.
Qol.az Kipr Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, Yohan Valemin baş məşqçisi olduğu komanda oktyabrın 7-i evdə Çexiya ilə qarşılaşacaq. Yığma 4 gün sonra səfərdə Yunanıstanla üz-üzə gələcək.
Qeyd edək ki, C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan və Kipr arasında ilk görüş sentyabrın 8-də Kiprdə, ikinci oyun isə okyabrın 13-də Bakıda olacaq.